İtaliyada bəzi banklara kiberhücum edilib

İtaliyada bəzi bank və qurumların rusiyapərəst hakerlərin kiberhücumunun hədəfinə çevrildiyi bildirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın ANSA agentliyinin xəbərində, Intesa və Monte Paschi də daxil olmaqla bəzi bankların, Taranto və Trieste limanlarının və bəzi özəl təşkilatların internet saytlarının bir qrup tərəfdar tərəfindən kiberhücuma məruz qaldığı bildirilib.

Xəbərdə Milli Kibertəhlükəsizlik Agentliyinin kiberhücumlara məruz qalan qurumları dəstəklədiyi və sözügedən saytların funksional olması üçün çalışdığı qeyd edilib.

Ukrayna prezidenti Vladimir Zelenskinin yanvarın 9-da Romaya səfəri zamanı İtaliyanın bəzi dövlət qurumlarının saytları kiberhücumların hədəfinə çevrilib.

Orxan Saffari
Gununsesi.info