İtaliyada bir gündə koronavirusdan 300-dən çox insan ölüb

  • By admin
  • 15 Mart 2020 21:51

İtaliyada son gün ərzində koronavirusdan ölənlərin sayı 368 nəfər təşkil edib.

Gununsesiaz.info TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin başçısı Ancelo Borrelli bildirib.

O, qeyd edib ki, bununla da ölkədə koronavirusdan 1 809 nəfər ölüb.

Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 20 603 nəfər təşkil edir.

Daha əvvəl İtaliyada koronavirusdan 1 441 nəfərin öldüyü, 17 750 nəfərin yoluxduğu bildirilirdi.

 

 

Gununsesiaz.info