İtaliyada daha 262 nəfər koronavirusun qurbanı oldu

  • By admin
  • 14 May 2020 21:11
İtaliyada son sutka ərzində daha 992 nəfər koronavirus infeksiyasına yoluxub, bununla da virusa yoluxanların sayı 223 mini keçib.
Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.
Məlumata görə, bu günədək ölkədə 223 096 nəfər infeksiyaya yoluxub.
Son bir gündə virusdan ölənlərin sayı da 262 nəfər artaraq ümumilikdə 31 368 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri 115 288 xəstə sağalıb.
Gununsesi.org