İtaliyada daha 379 nəfərdə COVID-19 virusu aşkar edilib

İtaliyada son sutka ərzində daha 379 nəfər koronavirus infeksiyasına yoluxma faktı təsdiqlənib.

Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.

Məlumata görə, bu günədək ölkədə 236 142 nəfər infeksiyaya yoluxub.

Son bir gündə virusdan ölənlərin sayı da 53 nəfər artaraq ümumilikdə 34 167 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri 171 338 xəstə sağalıb.

Gununsesi.org