İtaliyada daha 753 nəfər koronavirusdan ölüb

  • By admin
  • 18 Noyabr 2020 22:59

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 34 283 nəfər artıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 753 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 447 217 nəfərə çatıb. Ölkədə hazırda 743 168 aktiv koronavirus xəstəsi var, onlardan 3670-i ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 1 272 352 nəfərdən 481 967 nəfər sağalıb.

 

 

Gununsesi.info