İtaliyada fövqəladə vəziyyət rejimi dekabrın 31-dək uzadıla bilər

  • By admin
  • 10 İyul 2020 19:22

İtaliyada yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar bu ilin yanvar ayından tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti ilin sonunadək uzadıla bilər.

Gununsesi.org-un xəbərinə görə, bu barədə bu gün ANSA agentliyi hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, İtaliyada fövqəladə vəziyyət rejiminin müddəti dekabrın 31-dək uzadıla bilər.

Agentliyin məlumatına görə, lakin bununla bağlı hələlik rəsmi qərar qəbul olunmayıb.

Bir müddət əvvəl isə İtaliyanın Baş Naziri Cüzeppe Konte iyulun 31-də başa çatacaq fövqəladə vəziyyət rejiminin uzadılacağının anonsunu verib.

Qeyd edək ki, İtaliyada indiyədək COVID-19-a 242 mindən çox yoluxma qeydə alınıb, virusa yoluxanlardan 35 minə yaxın insan vəfat edib.

 

 

Gununsesi.org