
İtaliyada bazar günü bir göldə batan gizli xidmət casusları ilə dolu olduğunun ortaya çıxmasının ardından bir çox sualllar və iddialar gündəmə gəlib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin mediasında İsrailli və İtaliyan casusların qayıqda gizi bir iş üçün görüşdüyündən, olayın yaşandığı Lombardiya bölgəsininn bir “casusluq üçbucağında” uer almasına qədər bir sıra iddialar ortaya atılıb.
Şimaldakı Maqqiore Gölündə Sesto Calende qəsəbəsi sərhədləri içində batan qayıqda 4 nəfər həyatını itirmişdi.
Can itkilərindən birinin təqaüddə olan bir İsrail gizli xidmət (MOSSAD) casusu olduğu İsrail hökuməti tərəfindən təsdiqləndi.
İsrailin Başnazirlik Ofisindən “Mossad adına” verilən açıqlamada “İtaliyanın şimalındakı Maqqiore Gölündə pis hava şərtləri səbəbi ilə yaşanan qayıq faciəsində həyatını tiirdən MOSSAD təqaüdçüsünün tabutu bu sabah İsrailə çatdı”, deyilir.
İsrail rəhbərliyi söhbəti gedən casusu kimliyi ilə bağlı bilgi verməyəcəklərini bildirib. Ancaq özünü “onlarla ildir, təqaüdçü olduqdan sonra belə, İsrail dövlətinin təhlükəsizliyinə həsr etmiş sevgili, faydalı və peşəkar biri” olaraq dəyərləndirib.
İtlaiya mətbuatı kəşəfiyyat qaynaqlarına istinad etdikləri xəbərlərdə təqaüdçü MOSSAD casusunun kimliyini 54 yaşlı Şimoni Erez olaraq açıqlamışdı.
İsrailin Haaretz qəzeti isə həyatını itirən İsrail vətəndaşının Şimoni Erez olmadığını iddia edib.
İtaliya mətbuatının yazdığına görə, həyatını itirənlər arasında Klaudio Alonzi(62 yaş), Tiziana Barnobi (53) İtaliya xarici gizli xidmətində işləyirdi.
Öldürülən dördüncü adam isə batan qayığın sahibinin arvadı Anya Bozkova (50) olaraq açıqlanıb.
Bazar axşamı mətbuatda yazılan xəbərlərdə batan gəminin “doğum günü keçirən 1 qrup turisti daşıması” iddia edilmişdi.
“Agi” xəbər agentliyinin yazdığına görə, qayıqda 13 İsrail, 8 İtaliya gizli xidmət casusu və gəminin sahibi və kapitanı Klaudio Carminati ilə rus arvadı Anya Bozkova olub.
“Agi”yə açıqlama verən 11 min əhalisi olan Sesto Kalende kəndinin Bələdiyyə Başçısı Qiovanni Buzzu yaşadığı çaşqınlığı №Ölkələrarası casusluğun qovşağı halınamı gəlmişik” şəklində açıqlayıb.
İtaliya mətbuatında çıxan iddialar arasaında olayın yaşandığı şimaldakı Lombardiya bölgəsinin bir “caususluq üçbucağında” yer alması bilgisi diqqətləri çəkib.
Corriere della Sera qəzeti bu bölgənin “bir çox gizli xidmət casusları tərəfindən keçid nöqtəsi olaraq işlədilən İsveçrəyə” yaxınlığının altını cızıb.
Corriere, ayrıca Fransanın bu bölgəyə yaxın Haute-Savoie bölgəsində keçmişdə rus kəşfiyyatının fəal olduğunu xatırladıb.
Xəbərdə bu ifadələr yer alıb:
“Olaylar hörgüsünün İtaliyan baxışı daha qəribədir. Lombardiya bölgəsi kiçik və böyük sənayeləri ilə hərbi və mülki işlətməyə uyğundur. Cüt istifadəli texnologiyalar axtaranlar üçün bir ovlanma yeri kimidir.
“İranlılar 1990-cı illərdən bəri bunun üçün qaynaqlarını səfərbər etdilər. Əleyhdarları olan İsraillilər buna (İranlıların) hərəkətlərini izləyərək cavab verdilər.
Xəbərə görə İsrail kəəşfiyyatı Milandakı bir pərdə şirkət “quraraq” Tehrana “qüsurlu mal” göndərməyə girişmişdi.
Qəzet “Təhlükəli qaçaqmalçılıqları dayandırmaq üçün ABŞ ilə işbirliyi içində bizim təhlükəsizlik aparatlarımızın səfərbər edilib-edilmədiyini kim bilər?”, – deyə yazıb.
Tərcümə: Arzu Sayadoğlu