İtaliyada göldə batmış azərbaycanlının meyiti tapıldı  — FOTO

  • By admin
  • 20 İyun 2018 11:24

İtaliyada göldə batmış azərbaycanlının meyiti tapıldı

İtaliyada göldə boğulan azərbaycanlı tələbənin meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya həmin tələbənin yaxın qohumu Natəvan Seyidzadə məlumat verib.

O bildirib ki, meyit 2 gün öncə axşam saatlarında tapılıb: “Hazırda meyitin Bakıya gətirilməsi ilə bağlı sənədləşmə işləri aparılır. Yəqin ki, meyit iyunun 22-də Bakıya gətiriləcək”.

 Qeyd edək ki, Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi, 29 yaşlı Elnur Babayev iyunun 2-də Kastel Qandolfo şəhərindəki Albano gölündə boğulub.

O, ailənin yeganə övladı idi.