İtaliyada güclü yağış 4 nəfərin ölümünə səbəb olub

  • By admin
  • 10 Sentyabr 2017 21:29

djwmjpgw0aewxag
İtaliyada şiddətli yağıntılar və güclü külək nəticəsində 4 nəfər ölüb, 2 nəfər itkin düşüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ölüm faktları ölkənin mərkəzi bölgəsində qeydə alınıb.

Qeyri sabit hava şəraitindən ən çox əziyyət çəkən Livorno şəhəri olub. Şəhərin meri İtaliya hökumətinə bölgədə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi üçün müraciət edib. Bir neçə saat ərzində Livornoya 400 millimetrədək yağıntı düşüb. İtaliyada qeyri-sabit hava şəraiti sentyabrın 9-dan davam edir.

 

Gununsesi.info