İtaliyada koronavirus ölümlərinin artmasına ən çox səbəb olan xəstəlik açıqlanıb

  • By admin
  • 23 Mart 2020 12:55

İtaliyada koronavirusdan ölən 3200 nəfər müayinə edilib.

Gununsesi.org-un xəbərinə görə, bu barədə İtaliya Ali Səhiyyə İnstitutunun yayımladığı sənəddə bildirilib.

Koronavirus xəstələrinin ölməsinə təsir edən əsas xroniki xəstəliyin yüksək təzyiq olduğu bildirilib.

Yoxlamalar nəticəsində koronavirusdan ölənlərin 70.6 faizinin kişilər olduğu üzə çıxıb.

Rəsmi rəqəmlərə görə, bu ölkədə ölənlərin yaş ortalaması kişilərdə 78.5, qadınlarda isə 82təşkil edib.

Bundan əlavə, İtaliyada koronavirusa yoluxanlar arasında ölüm hallarına təsir edən xəstəliklər sırasında şəkərli diabet (33.9 %), ürəyin işemik xəstəliyi (30.1 %) də yer alıb.

Gununsesi.org