İtaliyada koronavirus qurbanlarının 99%-i başqa xəstəliklərdən əziyyət çəkirmiş

  • By admin
  • 19 Mart 2020 09:15

İtaliyada yerli səhiyyə orqanının apardığı araşdırmaların nəticəsinə əsasən, ölkədə koronavirus qurbanlarının 99%-i başqa xəstəliklərdən əziyyət çəkirmiş.

Gununsesi.org “Bloomberg”a istinadən xəbər verir ki, hesabata görə ölənlərin yalnız 0,8%-i xroniki xəstəliklərdən əziyyət çəkmirmiş.

Koronavirus qurbanlarının təxminən yarısında ən azı üç, 25%-də isə bir və ya iki digər xroniki xəstəlik aşkar olunub.

Gununsesi.org