İtaliyada koronavirus qurbanlarının sayı 8 000 nəfəri ötdü

  • By admin
  • 26 Mart 2020 21:53

Son sutka ərzində İtaliyada 662 nəfər koronavirusun qurbanı olub.

Gununsesiaz.info xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Qeyd edilir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 8 165 nəfərə çatıb. Son gün ərzində daha 4 492 nəfər virusa yoluxub. Hazırda İtaliyada 62 013 nəfər koronavirus xəstəsidir.

 

 

Gununsesiaz.info