İtaliyada məktəb avtobusu aşıb

  • By admin
  • 08 Yanvar 2018 20:20

İtaliyanın Mantuya əyalətində məktəb avtobusu aşıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 23 uşaq müxtəlif dərəcəli xəsarət alıb.

Onların xəstəxanaya çatdırıldığı, həyatlarına təhlükə olmadığı bildirilir.

Hadisə zamanı avtobusda 50-dək şagird olub. İlkin məlumata əsasən, avtobusun sürücüsü özünü pis hiss edərək idarəetməni itirib və maşın aşıb.

Gununsesi.info