İtaliyada pandemiya qurbanlarının sayı 31 mini ötdü

  • By admin
  • 13 May 2020 21:00

İtaliyada son bir gün ərzində daha 195 nəfər koronavirusdan ölüb.

Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 31 106-ya çatıb.

Məlumata görə, İtaliyada daha 888 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 222 104-ə yüksəlib.

Bundan başqa, ölkədə indiyədək 112 541 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

 

 

Gununsesi.org