İtaliyada parlament üzvlərinin sayının azaldılması üçün referendum keçiriləcək

  • By admin
  • 20 Sentyabr 2020 10:11

İtaliyada səsvermə hüququ olanlar parlament üzvlərinin sayının üçdə-birinin azaldılması üçün referendumda səs verəcəklər.

Gununsesi.info “TASS”-a istinadən xəbər verir ki, bundan əlavə, yeddi vilayətdə və minə yaxın şəhərdə yerli idarəetmə seçkiləri keçiriləcək.

Referendumda səsvermədə 51,5 milyondan çox insanın iştirakı gözlənilir. Regional və bələdiyyə seçkilərində isə müvafiq olaraq 18,5 və 5,7 milyon seçici cəlb olunacaq. Səsvermə iki gün davam edəcək: bazar günü saat 07:00-dan (Bakı vaxtı ilə 09:00) 23:00-dək (Bakı vaxtı ilə 00:00) və bazar ertəsi günü 07:00-dan (Bakı vaxtı ilə 08:00) 15:00-dək (Bakı vaxtı ilə 16:00).

 

 

Gununsesi.info