
İtaliyanın Peskara əyalətində qar uçqunu altında qalmış “Rigopiano” otelində ölənlərin sayı 25 nəfərə çatıb.
Gununsesi.info-nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, xilasedicilər qarın altından qadın meyitini çıxarıblar.
Bundan əvvəl hadisə nəticəsində 18 nəfərin öldüyü bildirilirdi. Hazırda 4 nəfər itkin düşmüş hesab edilir. Davam edən xilasedici əməliyyat nəticəsində 11 nəfər xilas edilib. Qar uçqunu yanvarın 18-də bölgədə qeydə alınmış bir neçə zəlzələdən sonra baş verib.
Gununsesi.info