İtaliyada qorxunc qatar qəzası: Çoxlu sayda adam öldü

  • By arzu
  • 31 Avqust 2023 14:02

İtalıyada dəhşətli qatar qəzası olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qatar Torino-Milan dəmir yolu xəttində xidməti iş yerinə yetirən işçilərə çırpılıb.

Saatda 160 km. hərəkət edən qatar 5 nəfərin ölümünə səbəb olub.  Olay zamanı 2 işçi isə yaralanıb.

Faciəvi olay zamanı işçilər uzun müddət qatarın altında əzilib, sürükləniblər.

Qəzadan sonra olayla bağlı istintaq başladılıb. Hadisənin tam və geniş araşdırılması üçün qatar yolu xətti hərəkət üçün qapadılıb.

Bu barədə araşdırma başladan İvrea Prokurorluğu hadisənin necə gerçəkləşdirildiyinin analiz edildiyini bildirib. Həm qatar sürücüsünün, həm də qatar maşinistinin dindiriləcəyi vurğulanıb.

İtaliya Dövlət Dəmir Yolu şirkəti açıqlamasında ölümlərdən kədərləndiyini bildirib, həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

 

Tərcümə: Arzu

Gununsesi.info