
Gununsesi.info -nun İtaliyanın ANSA agentliyinə istinad etdiyi xəbərə görə keçən həftə bölgədə baş verən daşqınlardan ən çox zərər çəkən yerlərdən Luqoda mayın 17-dən itkin düşən 68 yaşlı kişinin cəsədinin tapılması ilə təbii fəlakətdə həyatını itirənlərin sayı 15-ə yüksəlib.
Qeyd edək ki, güclü yağışın ola biləcəyi proqnozuna görə bölgədə “qırmızı həyəcan” vəziyyəti davam edir.
Baş nazir Giorgia Meloninin başçılıq etdiyi hökumət isə fəlakət bölgəsində ehtiyacların təmin edilməsi üçün 2 milyard avrodan çox vəsait ayırma qərarına gəlib.
Şəbnəm
Gununsesi.info