İtaliyada zəlzələ baş verdi

  • By admin
  • 09 Mart 2023 21:42

İtaliyada zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar ölkənin mərkəzi hissəsində qeydə alınıb.

Bildirilib ki, zəlzələnin gücü 5,1 bal səviyyəsində qiymətləndirilib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə, Peruca şəhərindən 21 km şimalda yerləşib.

Dağıntı və mümkün itkilər barədə məlumat verilməyib.

Gununsesi.info