AÇ-2020-nin seçmə mərhələsində IX turun növbəti oyunları keçirilib.
Gununsesi.org xəbər verir ki, J qrupunda qərarlaşan İtaliya millisi səfərdə Bosniya və Herseqovinanı 3:0 hesabı ilə məğlub edib. Bununla da, Roberto Mançininin komandası ardıcıl 9-cu qələbəsini qazanıb.
Bosniya və Herseqovina – İtaliya – 0:3
Qollar: Françesko Açerbi, 21, Lorenso İnsinye, 37, Andrea Belotti, 52.