“14 gündür Türkiyədə saxlanılan italiyalı jurnalist Qabriele Del Qrande deportasiya edilib”.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda İtaliyanın xarici işlər naziri Angelino Alfano öz “Tvitter” hesabında yazıb.
Bekə ki, bir müddət öncə Türkiyə-Suriya dövlət sərhədində saxlanılan 35 yaşlı italiyalı jurnalist bu gün Türkiyədən deportasiya edilib.
A. Alfano qeyd edib ki, Qabriele Del Qrande artıq sərbəst buraxılıb: “Onunla indi danışmışam. Hazırda o, İtaliyaya dönür. Jurnalistin ailəsinə bu xəbəri verdiyimə görə çox sevinirəm. Onu gözləyirik. Buna görə, həmkarım Mövlud Çavuşoğlya təşəkkür edirəm” -, deyə A. Alfano yazıb.
Anar
Gununsesi.info