İtaliyali müğənni: “…azərbaycanlıya ərə gedib, Bakıya köçdüm”

  • By admin
  • 28 May 2016 22:07

IMG-20160527-WA0020 (1)

Gununsesi.info-nun məlumatına görə, artıq bir neçə gündü yeni xəbərləri ilə mətbuatın gündəmini zəbt edən italiyalı  müğənni İn-Qrid bütün bu günlər ərzində xarici görünüşünü məhşur stilist Romaya həvalə edib. Stilistin əl işini bəyəndiyi üçün  onunla hələ uzun zaman iş birliyi etmək niyyətindədir.Azərbaycana böyük dəyər verən müğənni  yarı zarafat yarı gerçək “Bəlkə elə azərbaycanlıya ərə gedib, Bakıya köçdüm” ifadəsini işlədib.

Xatırladaq ki, sənətçi solo konserti zamanı geyimini də yerli modelyer Gülnarə Xəlilovaya etibar etmişdi. Görünür xanım İn-Qridin ölkəmizlə bağlı planları hələ böyükdü.

 

Sevinc Xeyrulla