İtaliyanın Baş naziri Rusiyaya səfər edəcək

  • By admin
  • 17 Fevral 2022 20:13

İtaliyanın Baş naziri Mario Draqi qarşıdakı günlərdə Rusiyaya səfər edə bilər.

Gununsesi.info-nun TASS-a istinadən xəbərinə görə, Baş nazir bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiyaya səfər çərçivəsində Prezident Vladimir Putinlə görüşü planlaşdırılır və artıq görüşün təşkil edilməsi istiqamətində işlər aparılır.

Baş nazir görüşün qarşıdakı günlərdə baş tutacağını düşündüyünü vurğulayıb.

Qeyd edək ki, bu gün İtaliyanın xarici işlər naziri Luici Di Mayo da rusiyalı həmkarı Sergey Lavrovla Draqi və Putin arasında görüşün mümkün tarixini müzakirə etdiyini deyib.

 

 

Gununsesi.info