İtaliyanın bu bölgəsində əhalidən qaz pulu alınmayacaq

  • By admin
  • 26 Avqust 2022 15:36

İtaliyanın cənubundakı Basilicata bölgəsində yerli hökumət və enerji şirkətlərinin razılığı ilə yaşayış evləri üçün əhalidən qaz haqqı alınmayacaq.

Gununsesi.info-nun İtaliya mediasına istinadən verdiyi xəbərdə belə deyilir.

HTML tutorial

Məlumata görə, artan enerji xərcləri səbəbiylə artan hesablara qarşı vətəndaşlara dəstək istəyən Basilicata Regional Hökuməti, Eni, Total və Shell enerji şirkətləri ilə razılığa gəlib.

Ölkədə xam neft və metan qazı istehsalına rəhbərlik etdiyinə görə “İtaliyanın Texası” kimi tanınan Basilicata bölgəsində, “ətraf mühitin zərərini kompensasiya etmək” məqsədilə ictimaiyyətə faktura dəstəyi verilməsi qərara alınıb.

Regional Məclisdə qəbul edilən qərarla yaşayış yerlərində istifadə olunan qaza görə heç bir ödəniş alınmayacaq.

Qaz hesab-fakturasındakı maddələrdən yalnız paylama və xidmət dəyəri ictimaiyyətə əks olunacaq.

Oktyabr ayına kimi 110 min ailənin qaz haqqının iki dəfə azaldılması planlaşdırılır.

 

Gununsesi.info