İtaliyanın mafiya lideri “Atalar Atası” Matteo Messina Denaro 30 il sonra belə həbs edildi/ VİDEO

  • By admin
  • 16 Yanvar 2023 16:29

İtaliyada ən çox axtarılan Matteo Messina Denaro 30 illik qaçaq həyatının ardından ələ keçirilib.

Siciliya adası mərkəzli Kostra Nostranın “Atalar Atası” olaraq anılan lideri Matteo Mesina adanın paytaxtı Palermoda özəl bir klinikada ələ keçirilib.

Gununsesi.info xarici mətbuata istinadən Messina Denaro və bu əməliyyatla bağlı maraqlı yazını sizə təqdim edir.

Təhlükəsizlik işçilərinin özəl əməliyyat adamı ROS, Denaronun müalicə məqsədli getdiyi xəstəxanada həbs edildiyini açıqlayıb.

İtaliya mətbuatı klinikadan qaynaqlarına istinad etdiyi xəbərlərdə Denaronun, ən azı 1 ildir ki, burada müalicə aldığını yazır. Mafiya atasının yaxalandığı La Maddalena adlı klinikanın, özəlliklə xərçəngin müalicəsində daha peşəkar olduğu bildirilir.

“ANSA” xəbər agentliyi Messina Denaronun klinikada kemoterapiya altında olduğunu yazır. Klinikanın sahibi Stefania Filosto etdiyi açıqlamasında Messina Denaronun saxta bir adla “Bonafede” klinikaya müraciət etdiyini söyləyib.

Filosto “Digər xəstələrlə birlikdə test etdirmək üçün növbədə idi. Bir anda silahlı adamlar ortaya çıxdı. Mafiya lideri qaçmağa çalışdı və qapılardan keçərək küçəyə qədər getdi. Orada təhlükəsizlik işçiləri tərəfindən ələ keçirildi.

Əməliyyatdan sonra klinikanın çevrəsində çəkilən görüntülər yayılmağa başladı.

Bunlardan birində təhlükəsizlik işçilərinin avtomobilləri klinikadan ayrılarkən onları ətrafda toplanan vətəndaşların alqışladığı görülür.

‘Bir məzarlığı doldura bilərəm’

60 yaşlı Matteo 1993-cü ildən bəri axtarışda idi. Qurbanları ilə “bir məzarlığı doldura biləcəyi ilə” öyünməsi ilə xatırlanan mafiya liderinin adının 50 cinayətlə bağlı olduğu bildirilir.

Mafiya atası onlarla insanı öldürmək, ya da cinayət əmrini verməkdən dolayı, ömür boyu həbsə məhkum edilmişdi.

Bu cinayətlər arasında bir mafiya etirafçısının oğlunun öldürülərək turşu ilə məhv edilməsi və mafiya ilə mübarizə prokurorları Ciovanni Falkone və Paolo Borsellinoya qarşı 1992-ci ildə gerçəkləşdirilən sui-qəsdlər.

Denaro, ayrıca 1993-cü ildə Roma, Florensiya və Milanda gerçəkləşdirilən bombalı hücumlardakı rolu səbəbi ilə günahkar bilinmişdi.

Denaro 1962-ci ildə Siciliyanın Kastelvetrano qəsəbəsində Kosa Nostra klanlarından birinin rəhbəri Françesko Denaronun (Don Çiçio) oğlu olaraq doğuldu.  İllərlə qaçaq olaraq yaşayan atasının 1998-ci ildəki ölümündən sonra yerinə oğlu Messina Denaro keçdi.

Denaro Kosa Nostranın qanunsuz pul yuma, narkotik qaçaqmalçılığı kimi işlərini idarə edirdi.

Son olaraq 1993-cü ilin yazında tətildəykən görüntülənən mafiya atası bu tarixdən sonra qaçaq olsa da verdiyi əmrlərini davam etdirdiyi düşünülür.

Denaronun 2016 və bir il sonra ölən Kosa Nostra liderləri Bernardo Provenzano və Salvador Riinanın varisi olduğu bildirilir.

Denaro həbs edilməkdən uzun müddət qurtulması səbəbi ilə cizgi roman qəhrəmanı “Diabolik” adı ilə aranırdı.

Mafiya atasının uzun zamandır qaçaq olmasından dolayı, ən yeni görüntüsü bilinmi və rəqəmssal qocaltma effektləri ilə hazırlanan fotolarla axtarılırdı.

Denaronun tanınmamaq üçün estetik əməliyyat etdirdiyi və barmaq izlərini sildirdiyi də iddia edilirdi.

“Ataların Atası”nı yaxalamaq üçün son illərdə çoxsaylı əməliyyat edilmiş, 2019-cu ildə Siciliyada, iki il sonra Hollandiyada Messina Denaro olduğu sanılan adamlar saxlanılsa da, sonra sərbəst buraılmışdılar.

Messina Denaronun həbs edilməsi xəbəri ictimai yayımçı Rainin xəbər kanalında “Bu gün gözəl bir gün” başlığı ilə açıqlandı.

Baş nazir Ciorcina Meloni də xəbəri ” Mafiya qarşısında təslim olmadıqlarını göstərən dövlət üçün böyük zəfər” şəklində izah edib.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info