Gununsesi.org xəbər verir ki, İtaliyanın sahil mühafizə xidmətinin xilasediciləri bazar günü Sardiniya adası sahilində qəzaya uğrayan yük gəmisindən 12 nəfəri xilas edib.
Kaqlaredən İspaniyanın Alkante şəhərinə yola düşən 108 metr uzunluğundakı gəmi şənbə günü pis hava şəraitində uçuruma dəyərək qəzaya uğrayıb.
Xilasetmə əməliyyatları görmə şəraitinin pis olması və dalğaların yüksək olması səbəbindən növbəti günə qədər təxirə salınıb.
Sahil mühafizəçiləri güclü küləyə baxmayaraq, 12 ekipaj üzvünün hamısını gəminin göyərtəsindən çıxarmaq üçün bir vertolyotdan istifadə edib.
Sahil mühafizəçiləri patrul qayıqları ilə qəzaya uğramış gəmidən dənizə yanacaq sızıb-sızmadığını izləməkdə davam edir.
Gununsesi.org