İtaliyanın Tehrandakı konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər ziyarətçilər üçün bağlı olacağını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki məlumatında bildirilib.
“Həmvətənlərə konsulluq xidmətlərinin göstərilməsi hələ də təmin edilir”, – nümayəndəlikdən vurğulanıb.
Həmçinin təxirəsalınmaz yardım üçün e-mail ünvanı və telefon nömrəsi də verilib.
Gununsesi.info