
Gununsesi.info xəbər verir ki, ötən gün yeni albomundakı musiqiləri konsert formasında təqdim edən italyan müğənni İn-Qrid, səhnədə bizim geyimlərdən istifadə edib. Modelyer Gülnarə Xəlilova “Xalçaların dili” adlanan kolleksiyasından 3 libası ifaçıya layiq görüb. Milli ornamentlərlə bəzədilən geyimlər tamaşaçıların da diqqətini cəlb edib.
Konsertin aparıcısı isə tanınmış jurnalist Leyla Əliyeva olub. Xatırladaq ki, “Ümid yağışı” adlanan albomdakı mahnıların musiqisi Alxanlıya, sözləri G.Həsənzadəyə, İ. Dadaşova və A. Bakirzadəyə məxsusdur.
Sevinc Xeyrulla