İtkin düşən nazir tapıldı

  • By admin
  • 10 May 2021 16:45

Rusiyanın Omsk vilayətinin səhiyyə naziri Aleksandr Muraxovski sağ tapılıb.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı Omsk hökumətinin mətbuat xidməti yayıb. Məlumata görə, o, normal vəziyyətdədir və xəstəxanada yoxlamalardan keçir.

Qeyd edək ki, Muraxovski 7 mayda ova getmiş və yoxa çıxmışdı.

Muraxovski Omskun səhiyyə naziri təyin edilməzdən öncə Navalnının müalicə edildiyi xəstəxananın baş həkimi kimi çalışıb.

Gununsesi.info