İtkin düşən neftçi oğlunun dərdinə dözməyən ana öldü

  • By admin
  • 09 May 2017 16:19

guneshli

 

Ötən il dekabrın 15-də estakadanın uçması nəticəsində itkin düşən 10 neftçidən birinin meyiti hələ də tapılmayıb.

İstipress-in xəbərinə görə, hələ də tapılmayan yeganə neftçi, Ələt qəsəbə sakini Əsədov Samirin anası Məleykə xanım ürək çatışmazlığından dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, 5 aydır oğlundan xəbər ala bilməyən gənc neftçinin anası oğul dərdinə dözə bilməyib.

Xatırladaq ki, ötən il dekabrın 15-də Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft-Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Nəticədə Neft-Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

 

Gununsesi.info