
Noyabrın 8-də Xəzər dənizində itkin düşən neftçinin meyidi Dərinsulu Günəşli platforması yaxınlığında sudan çıxarılıb.
Bu barədə Gununsesi.info-ya BP-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Dərinsulu Günəşli platformasının yaxınlığında dəniz dibindən meyid çıxarılıb. Meyit sahilə gətirilib və müvafiq hüquq mühafizə orqanlarına təhvil verilib.
Xatırladaq ki, bundan öncə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Facebook” sosial şəbəkəsində yazıb ki, itkin düşən şəxsin adı Qalib Hacıyevdir. Sosial şəbəkə istifadəçilərindən biri qeyd edib ki, Q. Hacıyev “KCA-Deutag” şirkətinin əməkdaşıdır.
Gununsesi.info