Hacıqabulda itkin kimi axtarılan qadınının yeri məlum olub.
Gununsesi.info bildirir ki, ailəsi tərəfindən yanvarı 13-dən itkin düşdüyü qeyd edilən Hacıqabul rayon sakini, 1990-cı il təvəllüdlü Soltanova Aygül Əzizağa qızının Bakı şəhərində olduğu qeyd edilib.
Ailəsinə məlum olub ki, Aygül Soltanova boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.
Bu barədə onun həyat yoldaşı APA-ya bildirib. Onlar bu barədə polisi də məlumatlandırıb.
Gununsesi.info