İtkin düşənlərin yaxınları axtarışlardan narazıdır

  • By admin
  • 08 Fevral 2021 18:12

 

44 günlük Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbçilərin qohumları bazar ertəsi Azərbaycan Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər.

Valideynlər beş aydır ki, övladları haqda heç bir məlumatın olmadığından şikayətləniblər. “Həlak olublarsa cəsədlərini tapıb bizə versinlər. Biz prezidentdən kömək istəyirik. Əgər dövlət onları tapa bilmirsə, qoy, bizə imkan versinlər ki, özümüz onları axtaraq. Bəlkə həlak olmayıblar, əsir düşüblər? Bizə heç nə söyləmirlər”,  – aksiya iştirakçılarından biri deyib.

Lakin Müdafiə Nazirliyindən etirazçıların qarşısına heç kim çıxmayıb.

Valideynlərin sözlərinə görə, Müdafiə Nazirliyinə etdikləri telefon zənglərinə cavab olaraq gözləməyi xahiş edirlər, çünki axtarışlar davam edir.

10-a yaxın adamın iştirak etdiyi aksiya insidentsiz ötüşüb.

Xatırladaq ki, yanvarın 18-də Azərbaycan Müdafiə Nazirliyi şəhid olmuş 2855 əsgərin adını açıqlayıb. Qeyd edib ki, daha 50 hərbçi itkin düşmüş sayılır.