İtkin düşmüş şəxslərin ailələri ilə görüş təşkil olunacaq.
Gununsesi.info xəbər verir ki, bunu İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberger “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimatında deyib.
“İtkin düşmüş şəxslərin tapılması ailələr üçün önəm daşıdığı qədər, həm də sülhün göstəricisidir. Data sisteminin və DNT sahəsində proseslərin inkişafı Azərbaycan üçün zəruridir. Bununla yanaşı, Ermənistanla əməkdaşlıq da vacibdir”.













