İttihamlar getdikcə daha da aqressivləşir – RUSİYA XİN

  • By admin
  • 14 Noyabr 2021 08:53

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı və BMT Təhlükəsizlik Şurasının platformalarında Avro-Atlantik həmrəyliyinə bağlı ölkələr, onların müştəriləri və vəkilləri SSRİ-nin keçmiş hərbi-texniki proqramının bir hissəsini gizlətdiyini iddia edərək, Rusiyaya qarşı sübuta yetirilməmiş ittihamlarla daha da aqressiv davranmağa başlayıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

“Böyük Britaniyanın rəhbərlik etdiyi “Skripal işi” və Aleksey Navalnının zəhərlənməsi iddiası yenidən aktivləşdirilir”, – deyə məlumatda bildirilir.

Gununsesi.info