İTV əməkdaşlarının ruslara “bizimkilər” deməsi qalmaqala səbəb oldu - KƏRAMƏT BÖYÜKÇÖLDƏN TƏNQİD

  • By admin
  • 13 İyun 2021 14:20


İctimai Tv-nin şərhçiləri Asif Bağırov və İlqar Mikayıloğlunun Rusiya-Belçika oyununda ruslara “bizimkilər” deməsi ölkədə ciddi narazılığa  səbəb olub.

Gununsüsi.info-nun xəbərinə görə, hər iki jurnalisti tənqid edən sosial şəbəkə istifadəçiləri Azərbaycan torpaqlarının işğalında rolu olan, Ermənistana bu gün də açıq dəstək göstərən, Qarabağa sülhməramlı adı ilə qoşun yerləşdirən bir ölkənin “bizimki” adlandırılmasına qarşı çıxıb.

Tanınmış yazar Kərümət Böyükçöl də həmin jurnalistləri sərt tənqid edib:

”Aydın məsələdir ki, bunu tapşırıqla edirlər. Bunlara sabah desələr ki, ora gir, ora girəcək, “bura gir” deyəndə də bura girəcək. Sabah rusları onlara söydürə də bilərlər. Azərbaycanda hökumətə bağlı olan hansı kanalda və bu kanallarda işləyən hansı aparıcıda müstəqil düşüncə, müstəqil ləyaqət var ki? Buyruq quludurlar. Amma yenə də, İlqarla Asifə çatdırın ki, ruslar bizimkilər deyil, biz onlarınkılarıq”.

 

Gununsesi.info