İTV Baş direktorunun müavini dəyişdi - TƏCİLİ

  • By admin
  • 05 İyun 2018 16:28

İctimai Televiziya və Radionun Yayım Şurasının bu dəqiqələrdə keçirilən iclasında Baş direktorun müavini dəyişib.

Gununsesi.info-nun xəbərinə görə, Həsən Abdullayevi vəzifəsindən kənarlaşdıran Şura üzvləri onun yerinə Murad Hüseynovu təyin edib.

Əvvəllər ANS və bir sıra kanallarda çalışan Murad Hüseynovun son iş yeri Bakı Media Mərkəzi olub.

Qeyd edək ki, bir neçə saat əvvəl Gununsesi.info baş direktorun müavini Həsən Abdullayevin vəzifəsindən kənarlaşdırılacağını yazmışdı.