İTV-də kütləvi ixtisarlar baş verir. Gununsesi.info-nun elektron adresinə daxil olan məlumata görə, AzTV-dəki qruplaşma heyəti televiziyanın bir sıra əməkdaşlarını “sıradan çıxarmağa” başlayıb. Mənbəmiz qeyd edir ki, televiziyanın baş direktoru ölkədə olmasa da, işçilər fərdi qaydada çağrılaraq öz istəyi ilə ərizə yazmağa dəvət olunur.
“Televiziyada bir sıra rəhbər vəzifə tutan şəxslər və digər əməkdaşlar artıq işdən qovulub. Hazırda qorxa-qorxa gözləyirik ki, növbə bizə çatır. Hər gün davamlı olaraq kimsə işdən azad olunur” , – deyə mənbəmiz bildirir.
İşdən çıxarılanların siyahısı:
İnformasiya departamentinin direktoru Elgün İbrahimov
Türkiyə müxbiri Rəhimə Mirzəyeva
Türkiyədəki operator Dilqəm Mirzəyev
Mərkəzi Asiya üzrə müxbir Füzuli Məcidli
Mərkəzi Asiya üzrə prodüser Reyhan Məcidli
Böyük redaktor Mais Ağayev
Böyük redaktor Esmira Qasımova
Müxbir Dilavər Seyidov
Rus dilində xəbərlərin aparıcısı Tamilla Şirinova
Müxbir Rauf Nəbiyev
Gununsesi.info