İTV-dəki yanğında Balakişi Qasımovun da kabineti yanıb  - FOTO /VİDEO

Xəbər verdiyimiz kimi dünən axşam saatlarında İctimai Televiziya və Radio Yayımları Şirkətinin binasında yanğın hadisəsi baş verib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb.

Gununsesi.org  İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorunun yanmış kabinetinin görüntülərini əldə edib. Yanğın binanın 3-cü mərtəbəsindən başlayıb. B.Qasımovun kabineti də üçüncü mərtəbədə yerləşir.

Qeyd edək ki, hadisə zamanı televiziyanın iki əməkdaşı tüstüdən zəhərlənib.