İTV əməkdaşı koronavirusdan öldü

  • By admin
  • 28 İyul 2020 10:26

İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu vəfat edib.

Gununsesi.info-nun məlumatına görə, o, beyin qanamasından həyatını itirib.

Faktı TƏBİB-dən təsdiqləyiblər. Bildirilib ki, Ə. Fəqanoğlu bu gün səhər həyata gözlərini yumub.

Qeyd edək ki, COVID-19 testinin nəticəsi pozitiv çıxan Əmrah Fəqanoğlu “Yeni klinika”da müalicə olunurdu. 

Gununsesi.info