
Qanunsuz kömürlə yüklü maşınlar uzun məsafəni qət edərək rayondan paytaxta necə gətirilir. Bu məsələyə nəzarət mexanizmi hansı səviyyədədir, ümumiyyətlə, varmı?
Gununsesi.org xəbər verir ki, ətraf mühit üzrə ekspert Samir İsayevin İTV-də yayımlanan “Sabaha saxlamayaq” verlişində bildirib ki, bu məsələdə ciddi məmur özbaşınalığı var.
“Bunun cavabını hörmətli prezidentimiz son iki ay ərzində kifayət qədər verir və yerli icra hakimiyyətlərini işdən çıxarır. Göndərəndə də bir-bir qəbul edir və başa salır ki, get, qayda-qanunla işlə. Ölkədə ciddi bir məmur özbaşınalığı var idi və hələ də o qalmaqdadır. Ölkə rəhbərliyi səviyyəsində bununla mübarizə gedir”, – deyə Samir İsayev əlavə edib.
VİDEO: