İTV-nin referendum qiyməti: - Saniyəsi 50 manat

  • By admin
  • 30 Avqust 2016 15:46

ITVV

İctimai Televiziya və Radio Yayımları Şirkəti sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendum) ödənişli təşviqat aparılması üçün Direktorlar Şurası tarif cədvəlini təsdiqləyib.
Gununsesi.info Mərkəzi Seçki Komissiyasının saytına istinadən xəbər verir  ki, İctimai Televiziyada (İTV) hər təşviqat müddəti 5 dəqiqə (günün müxtəlif vaxtlarında 3 və ya 4 dəqiqə də ola bilər) olmaqla efirin saniyəsi üçün tarif 20 AZN-dən 50 AZN-dək müəyyən edilib.
İctimai Radioda isə hər təşviqat müddəti 4 dəqiqə olmaqla efir saniyəsinin tarifi 7 AZN-dən 25 AZN-dək müəyyənləşdirilib.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyyası üç – “Yeni Azərbaycan”, “Bələdiyyə” və Vətəndaş Cəmiyyəti” təşviqat qruplarını qeydə alıb.
Qeyd edək ki, referendumqabağı təşviqatın aparılmasına sentyabrın 3-də başlanılacaq və sentyabrın 25-i saat 8.00-da dayandırılacaq.

 

itv

 

itv1

 

Gununsesi.info