İTV-nin Yayım Şurasına namizədlərin adları açıqlanacaq - BU GÜN

  • By admin
  • 05 Aprel 2017 11:57

ITV

Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlərin adları bu gün açıqlanacaq.

Gununsesi.info-nun APA-ya istinadən  məlumatına görə, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin iclasında “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsi” müzakirəyə çıxarılacaq.

İclasda namizədlərin plenar iclasa tövsiyə olunması üçün səsvermə keçiriləcək.

Gununsesi.info