Bu gün axşam Bakı saatı ilə 00:00-da İspanıyada Sevilya komandası ilə görüşəcək olan Qarabağ Futbol Kulubuna, İctimai Televiziyasının “Sabahın xeyir Azərbaycan” programının aparıcısı Nübar Əbilqızı və Baku TV-nin “İdman xəbərləri”nin aparıcısı Rəfiqə Əziz jest ediblər.

Gununsesi.org xəbər verir ki, aparıcılar canlı yayıma Qarabağ FK nın forması ilə çıxıb və oyunçulara canlı efirdən uğurlar arzulayıblar.
Onların bu addımı həm televiziya tamaşaçıları, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən xoş qarşılanıb.