İvanişvilini sözlərindən sonra Gürcüstanda etirazlar baş verib

Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzin İvanişvilinin 2008-ci ildə baş vermiş hərbi münaqişəyə görə Cənubi Osetiya sakinlərindən üzr istəmək zərurəti ilə bağlı bəyanatına qarşı etiraz aksiyaları keçirilib.

Bu barədə Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Tbilisi, Kutaisi və Batumidə etirazçılar çıxışları zamanı İvanişvilini vətən xaini adlandırıblar.

Gürcüstanın paytaxtında mitinq parlament binası qarşısında baş tutub.

Bundan əlavə, 2008-ci il münaqişəsi zamanı həlak olan gürcü hərbçilərinin ailələri sosial şəbəkələrdə İvanişvilinin sözlərinə görə qurbanlardan üzr istəyən yazılar dərc edirlər.

Qeyd olunur ki, sentyabrın 14-də İvanişvili demişdi ki, Gürcüstan 2008-ci ildə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin 2008-ci ildə başlatdığı müharibəyə görə osetinlərdən üzr istəməyə güc tapacaq.

O, əlavə edib ki, hakim partiya parlament seçkilərində qalib gələrsə, 2008-ci il müharibəsinin təşkilində günahkar olanların hamısı məsuliyyətə cəlb olunacaq.

 

 

Gununsesi.info