
ABŞ prezidentinin böyük qızı, biznes-ledi İvanka Tramp İtaliyanın paytaxtı Romada getdiyi restoranlardan birində “Lazio” futbol komandasının hücumçusu Giorgio Chinaglianın divardan asılan şəklini xristian bir müqəddəsin portreti hesab edib.
“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, Romada “Le cave di Sant’Ignazio” restoranında nahar edən İvanka və bacısı məkanın sahibi Luigina Pantalonedən “Bu, hansı müqəddəsdir?” deyə soruşublar.
Suala təəccüblənən Pantalone “O müqəddəs deyil. “Lazio”nun böyük çempionudur” cavabını verib.
Gununsesi.info