İvanka Trampın ifadəsi tələb olunur

  • By admin
  • 21 Yanvar 2022 10:12

6 yanvar 2021-ci ildə ifrat sağçı qruplar və keçmiş ABŞ prezidenti Donald Trampın tərəfdarları 3 noyabr 2020-ci il seçkilərinin nəticələrinin təsdiqlənməsi üçün sessiyanın keçirildiyi Konqresin binasına basqın etmişdilər.

Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı keçmiş ABŞ prezidenti Donald Trampın qızı və müşaviri İvanka Tramp Nümayəndələr Palatasının xüsusi komitəsi tərəfindən ifadə verməyə çağırılıb.

Qeyd edək ki, basqın zamanı 1-i polis olmaqla 5 nəfər həyatını itirib. Basqına görə iğtişaşlara təhrik ittihamı ilə impiçment üzrə mühakimə olunan keçmiş prezident Tramp 2021-ci ilin fevralında Senatda keçirilən səsvermədə bəraət qazanıb.

Nümayəndələr Palatasındakı demokratlar respublikaçıların etirazlarına baxmayaraq, komitə yaradıb və işi araşdırmağa başlayıblar.

Qeyd edək ki, İvanka Tramp ailədən komitəyə ifadə vermək üçün çağırılan ilk şəxs olub.

Gununsesi.info