İxrac olunan Azərbaycan çayı -50 % AZALIB

  • By admin
  • 20 Fevral 2018 13:10

 

Azərbaycanda çay ixracı kəskin azalıb. Əvəzində isə idxal 50  faiz artıb.

Gununsesi.info -ya bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar ayında ölkənin çay ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 47 faiz azalıb. V.Məhərrəmov deyir ki,  ölkənin ərzaq təhlükəsizliyinə olan təminat zəifləyib: “Bu ilin birinci ayında ərzaq mallarının idxalı dəfələrlə artıb, ixracı isə azalıb. İxracda, bitki və heyvan mənşəli piylər və yağlar – 2,3 dəfə, şəkər – 2,7 dəfə azalıb.

İdxalda isə ət -50 faiz,  kəsim üçün nəzərdə tutulan ətlik diri heyvanlar – 2,4 dəfə, süd – 2,5 dəfədən çox, buğda – 2 dəfədən çox, bitki və heyvan mənşəli piylər və yağlar isə 4 dəfədən çox artıb”.

Digər ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının idxalında da kəskin artım var.

 

Vüsalə

Gununsesi.info