Son vaxtlar Azərbaycanın bir sıra rayon və şəhərlərində icra hakimiyyətlərində ixtisarlar aparılıb.
Aparılan ixtisarlar Kəlbəcər rayonunda da özünü göstərib.
İxtisara düşən Kəlbəcər rayon Zar kənd sakini Zamin Kamalov Gununsesi.info–ya müraciət edərək Prezident İlham Əliyevdən işlə təmin olunması üçün kömək istəyib:
“Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevə mən Kəlbəcər rayon Zar kənd sakini Kamalov Zamin Mübariz oğlu 01.09.2005 ci ildən 05.01.2026 cı il tarixə qədər Kəlbəcər rayon Zar Kənd İƏD – də Baş mühasib vəzifəsində işləmişəm. Hörmətli Cənab Prezident sizin sərəncamnız əsasında kənd İcra Nümayəndəliklərində mühasib ştatı ləğv edilmişdir. Bildirirəmki mənim 3 az yaşlı övladım var hal hazırda işsizəm bizə Kəlbəcər rayon İcra hakimiyyəti tərəfindən heç bir iş təklif edilməmişdir. Xahiş edirəm məni Kəlbəcər rayonunda hər hansısa işlə təmin edilməyimə tapşırıq verəsiniz . Qeyd edimki Kəlbəcər rayonunda su elektrik stansiyası, qaz idarəsi ,su idarəsi, işıq idarəsi fəaliyyət görsədir.
Əvvəlcədən minnətdarlığımı bildirirəm”.
Elmar











