İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?

  • By admin
  • 31 İyul 2017 13:24

16
Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça nəşr etdirib.

DİM-in mətbuat xidmətindən Gununsesi.info-ya daxil olan məlumata görə, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada I ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.

Kitabçanı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.azsaytından sifariş etmək olar: Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi,28; Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Anar
Gununsesi.info